Naxçıvanda müasir səhiyyə infrastrukturu yaradılıb - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublikasında “sağlam insan, sağlam cəmiyyət” prinsipi əsas götürülür. İnsanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili diqqətdə saxlanılır. Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində təkcə ötən il Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, Modul Tipli Xəstəxana, Ordubad Rayon Uşaq Xəstəxanası, Şərur, Culfa və Şahbuz rayonlarının gigiyena və epidemiologiya şöbələri, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic və Dırnıs kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Dərvişlər, Ordubad rayonunun Vələver, Babək rayonunun Araz və Göynük kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilib. Muxtar respublikanın səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri təqdim olunub.

Bu sahədə işlər cari ildə də davam etdirilib. Cari ilin ötən dövründə Şərur Rayon Çərçiboğan kənd həkim ambulatoriyası və “İmplant Dent Naxçıvan” Özəl Stomatoloji Klinikası tikilib və ya yenidən əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib. Quruculuq işlərinin ardı kimi hazırda Naxçıvan Şəhər Darıdağ Arsenli Su Müalicəxanası, Ordubad Rayon Ağrı və Xanağa kəndlərində feldşer-mama məntəqələri, Babək rayon Vayxır kənd həkim ambulatoriyasında tikinti, Şərur rayon Axura kənd həkim ambulatoriyasında isə əsaslı təmir işləri aparılır.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: