Naxçıvanda qanvermə aksiyası keçirilib - FOTOLAR

542

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, avqustun 8-də Aşura günü münasibətilə Naxçıvan Muxtar Respublikasında könüllü qanvermə aksiyası keçirilib.

Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları ötən il olduğu kimi bu il də pandemiya səbəbindən məscidlərdə deyil, səhiyyə müəssisələrində təşkil olunub. Sosial məsafə gözlənilməklə sanitar-gigiyena qaydalarına ciddi əməl edilib, donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilib. Həkim briqadaları tərəfindən əvvəlcə donorlar koronavirus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün müayinələr aparılıb, müvafiq qan qruplarına uyğun qan götürülüb. 

Aksiyada bütövlükdə 590 nəfərdən götürülən 294 litr qan qrupları müəyyənləşdirilərək Naxçıvan Muxtar Respublika Xəstəxanasının və Diaqnostika-Müalicə Mərkəzinin Qan banklarına təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: