Şahbuzda keçirilən tibbi aksiyadan 300 rayon sakini 2014 tibbi müayinədən yararlanıb - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublika Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti bölgələrdə humanitar tibbi aksiyaları davam etdirir. Səhiyyə ocağının kollektivi bu dəfə Şahbuz rayonunda olub. 

Ötən şənbə keçirilən aksiya çərçivəsində Şahbuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Aksiyadan xüsusilə sosial qayğıya ehtiyacı olan şəxslər, aztəminatlı ailələrin, şəhid və qazi ailələrinin üzvləri yararlanıblar.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: