ÜST-ün nümayəndələri Naxçıvanda səfərdədirlər - VİDEO
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin nümayəndələri Naxçıvan Muxtar Respublikasında səfərdədirlər. 3 günlük səfərin ilk günü qonaqlar Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinin imkanları ilə tanış olub, Naxçıvan Tibb Kollecinə gələrək burada yaradılan müasir şəraitlə maraqlanıblar..
Səfərin ikinci günündə isə Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları əvvəlcə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində müasir maddi-texniki baza ilə təchiz olunan kitabxana, kabinələr və laboratoriyalarla tanış olublar.
Naxçıvan televiziyasının əməkdaşları qonaqların gəzintisi ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Mədinə Rəhimli