ÜST nümayəndələrinin Naxçıvana səfəri başa çatıb - VİDEO

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin nümayəndələrinin Naxçıvan Muxtar Respublikasındakı səfəri başa çatıb.

Səfərin ikinci günündə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin nümayəndələri Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında olublar. Tanışlıq zamanı Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov qonaqları poliklinikadakı akademik Zərifə Əliyevaya həsr olunmuş muzeylə tanış edib. Sonra fizioterapiya və laboratoriya şöbələri, həmçinin sahə həkimi və tibb bacılarının kabinələrindəki müasir səhiyyə xidməti barədə ətraflı məlumat verilib. Səfərin son günündə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin nümayəndələri Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının imkanları ilə tanış olublar.

Naxçıvan televiziyasının əməkdaşları qonaqların səfəri ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: