Kəngərlidə tibbi aksiya keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Kəngərli rayonunda tibbi aksiya təşkil edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, xəstəxananın 15 nəfərdən ibarət həkim heyəti pasiyentləri Kəngərli Rayon Mərkəzi Xəstəxanasında qəbul edib.
Müraciət edən pasiyentlərin hər birini tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Ambulator müayinələr zamanı rayon sakinləri ümumi cərrahi, stomatoloji, nevropatoloji, hemotoloji, uroloji, endokrinoloji, oftalmoloji, terapevtik, laborator və digər tibbi müayinələrdən keçiblər.
Aksiya çərçivəsində ümumilikdə 63 nəfər 315 tibbi prosedura cəlb edilib. Səhhətində problem aşkar edilən 2 nəfərə muxtar respublika xəstəxanasında müayinə üçün göndəriş verilib.
Aksiya ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar təşkil edilib.
Sevda Əliyeva