Şahbuzda tibbi aksiya təşkil olunub - FOTOLAR
Şahbuz Rayon Mərkəzi Xəstəxanasında humanitar tibbi aksiya keçirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının təşkil etdiyi tibbi aksiyada 10-dan artıq ixtisaslı həkim və tibbi heyət iştirak edib. Aksiyadan yararlanan sakinlər ayrı-ayrılıqda nevropatoloq, endokrinoloq, stomatoloq, proktatoloq, göz, travmatoloq, uroloq, cərrah və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub, analizlər götürülüb.
Hər hansı bir xəstəliyi aşkarlanan sakinlərə müalicələr təyin edilib. Tibbi heyət laborator təhlillər və ultrasəs müayinələri aparıb.
Gün ərzində davam etdirilən tibbi aksiyada ümumilikdə 300-ə yaxın sakin müayinə və müalicələrə cəlb olunub.
Novruz Məmmədov