Koronavirusun “Super Variant” ştamı pandemiyanın növbəti dalğasına səbəb ola bilər

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi “Politico”ya istinadən xəbər verir ki, koronavirusun mutasiyaya uğramış yeni forması “Omikron XBB.1.5” ştamı pandemiyanın növbəti dalğasına səbəb ola bilər.

Qeyd olunub ki, yeni “Super Variant” ştamı artıq bir neçə qitənin 29 ölkəsində tapılıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove bəyan edib ki, təmsil etdiyi təşkilat yeni ştama yoluxanların sayının sürətlə artmasından narahatdır:

“Xüsusən də Avropanın bəzi hissələrində və ABŞ-ın şimal-şərqində, burada yeni ştam sürətlə digər dövriyyədə olan alt-variantları əvəz edib”.

Onun sözlərinə görə, ÜST yeni ştamı təhlil edir və yekun nəticə ictimaiyyətə açıqlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: