Səhiyyə Nazirliyi saxta insulin dərmanı ilə bağlı əhaliyə müraciət edib

A- A A+

Azərbaycanda son həftə ərzində saxta Ozempik preparatı (insulin) aşkarlanmayıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda apteklərdə monitorinqlər aparılır. Mərkəzin apardığı tədbirlərin nəticəsində son həftə ərzində saxta Ozempik preparatı aşkarlanmayıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında ölkənin bəzi apteklərində qeyri-qanuni yolla, dövlət qeydiyyatında olmayan məhdud sayda MP5B060 seriyalı saxta Ozempik preparatının satılması məlum olub.

Saxta və orijinal preparatların fərqləndirici xüsusiyyətləri şəkildəki kimidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: