Naxçıvanın tibb işçiləri üçün təcrübə kursları keçirilir

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yanvar ayından başlayan kurslarda həkim, rezident və orta tibb işçiləri iştirak edir.  

İxtisasları üzrə təcrübə keçən tibb işçiləri hazırda Bakı şəhərində və Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi, Diaqnostika-Müalicə Mərkəzi, Stomatoloji Mərkəz və Mərkəzi Uşaq Xəstəxanasında nəzəri və praktiki təlimlərdə iştirak edirlər.

Kursları bitirən tibb işçiləri buna müvafiq arayışla təmin olunurlar.

Təcrübə kurslarının təşkilində məqsəd səhiyyə sistemində ixtisaslaşdırılmış kadr potensialının təkmilləşdirilməsi, tibbi kadrların vəzifələri üzrə daha dərin biliklərə sahib olmaları, əhaliyə daha yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsi və peşəkarlıq səviyyəsinin artırılmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: