2022-ci ildə uşaqlarda ən çox aşkarlanan xəstəliklər məlum olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, ötən il uşaqlarda aşkar olunan xəstəliklər arasında göz xəstəlikləri - 25% (əsasən yaxındangörmə), həzm sistemi - 20% (əsasən stomatoloji), tənəffüs sistemi - 13.5% (əsasən LOR), sümük-əzələ sistemi - 12.3% (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.