Naxçıvandakı xəstəxanalar qardaş Türkiyə üçün tam hazır vəziyyətdədir - VİDEO

A- A A+

Türkiyədə baş verən zəlzələdən zərər görmüş insanlara dəstək məqsədilə Azərbaycan dövləti və xalqı genişmiqyaslı yardım kampaniyası həyata keçirir.  Ölkə başçısı digər bölgələrimizlə yanaşı, Naxçıvanın da Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göstərməyə hazır olduğunu bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dünən Türkiyənin ölkəmizdəki səfirliyində olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakıda və digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasındakı xəstəxanalarda artıq çarpayılar ayrıldığını və əgər ehtiyac olarsa, xəstələri gətirməyə də hazır olduğumuzu deyib.

Ölkə başçısının göstərişinə əsasən muxtar respublikanın səhiyyə müəssisələri təbii fəlakətdən əziyyət çəkmiş şəxslərin müayinə və müalicəsi üçün tam hazır vəziyyətə gətirilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: