Babək və Ordubadın kəndlərində tibbi aksiyalar keçirilib - FOTOLAR

A- A A+

Babək rayonunun Vayxır və Ordubad rayonunun Gənzə kəndlərində humanitar tibbi aksiyalar təşkil olunub. Nəcib təşəbbüsdən 294 sakin yararlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tibbi aksiya “Heydər Əliyev İli” tədbirləri çərçivəsində terapevt, nevropatoloq, kardioloq, pediatr, oftalmoloq, ginekoloq və digər ixtisaslı həkimlərin iştirakı ilə təşkil edilib.

Gün ərzində davam etdirilən humanitar aksiya çərçivəsində Vayxır kəndində 186, Gənzə kəndində isə 108 sakin tibbi prosedurlardan yararlanıb, müvafiq müayinə və müalicələr aparılıb. Müayinədən keçən 12 azyaşlı uşaq dispanser qeydiyyatına alınıb.

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: