Ordubad və Sədərəkdə humanitar tibbi aksiyalar keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada “Heydər Əliyev İli” çərçivəsində humanitar tibbi aksiyalar davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin heyəti tərəfindən növbəti tibbi aksiya  Ordubad və Sədərək rayonlarında təşkil edilib.

Tibbi aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin 4 nəfərlik tibbi heyəti Ordubad Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçiləri ilə birlikdə sakinləri müxtəlif müayinələrdən keçirib, ehtiyacı üzrə müalicə işi aparıblar.

Ultrasəs müayinəsindən 24, ginekoloji müayinədən  27, pediatr müayinəsindən 15, laborator müayinələrdən isə 7 rayon sakini yararlanıb. Səhhətində problem aşkar olunanlara ilkin diaqnoz qoyulub, müalicə təyin edilib və tibbi məsləhətlər verilib. Gün ərzində davam etdirilən aksiya çərçivəsində 73 rayon sakininə tibbi xidmət göstərilib.

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, nevropatoloq, endokrinoloq, kardioloq, oftalmoloq, hematoloqdan ibarət yüksək ixtisaslı həkim heyəti isə Sədərəkdə humanitar tibbi aksiya keçirib. Aksiya zamanı pediatriya üzrə 215, nevrologiya üzrə 57, oftalmologiya üzrə 54, kardiologiya üzrə 37 olmaqla, ümumilikdə 363 rayon sakini müayinə və müalicəyə cəlb olunub.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini Samrat Gəncəyeva Sədərək rayonunda məhdud fiziki imkanlılığın təyin olunması ilə əlaqədar 63 rayon sakinini qəbul edib. Sakinlərin şikayətləri dinlənilərək sənədləri araşdırılıb və fiziki imkanlarının məhdudluğunun təyini ilə bağlı yoxlamalar aparılıb.

                                              Yunis Allahverdiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: