Ordubadda humanitar tibbi aksiya təşkil edilib - FOTOLAR

A- A A+

Naxçıvan Səhiyyə Nazirliyinin təşəbbüsü ilə “Heydər Əliyev İli” tədbirləri çərçivəsində tibbi aksiyalar keçirilir.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, növbəti tibbi aksiya Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən Ordubad rayonunun Dəstə kəndində təşkil edilib.

Aksiya çərçivəsində Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən yaradılan həkim-ftiziatr, həkim-laborant və həkim-rentgenoloqdan ibarət heyət kənd sakinlərini müayinələrdən keçirib. Həkim-ftiziatrın müayinəsindən keçən 27 nəfərdən 7-nə isə mantu sınağı qoyulub.

İxtisaslı həkimlər müayinələrin nəticələrinə uyğun olaraq yerindəcə lazımi müalicələri icra etməklə yanaşı, bəzi xəstəliklərə görə də müvafiq xəstəxanada müalicələrini davam etdirmələri üçün sakinlərə tövsiyələr veriblər.

Aksiya zamanı həkimlər tərəfindən Dəstə kənd sakinləri ilə profilaktik söhbətlər də aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: