Naxçıvan Doğum Mərkəzi Şahbuzda tibbi aksiya keçirib

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi tərəfindən Şahbuzda humanitar tibbi aksiya keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, “Sağlam xanım, sağlam gələcək” devizi altında keçirilən aksiyada Doğum Mərkəzinin həkim heyəti Şahbuz Rayon Mərkəzi Xəstəxanasında rayonun qadın sakinlərini qəbul edib.

Tibbi aksiya zamanı 65 qadına Doğum Mərkəzinin həkim-ginekoloq, funksionalist, laborant, ginekoloq cərrah, pediatr və 2 mamadan ibarət həkim briqadası tərəfindən ginekoloji tibbi xidmət göstərilib. Müayinələr üçün xəstəxanaya gələ bilməyən sakinlərə avtomobil dəstəyi göstərilərək, onlar xəstəxanada müayinələrə cəlb olunublar.

Şəhid və qazi ailələri öncəlikli olmaqla, birinci qrupdan olan imtiyazlı xanım vətəndaşlara yaşadıqları ünvanda ginekoloji tibbi xidmətlər göstərilib. Aşkar olunan problemlərlə bağlı bəzi qadınlar Doğum Mərkəzinə dəvət olunub.

Müayinələr zamanı Mərkəzin ginekoloq-həkimləri tərəfindən maarifləndirici söhbətlər aparılıb, ailə planlaşdırılması və qadın sağlamlığı haqqında ətraflı məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: