Culfada humanitar tibbi aksiya keçirilib - FOTOLAR

A- A A+

Aprelin 6-da “Heydər Əliyev İli” tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası və Duzdağ Fizioterapiya Mərkəzinin həkim heyəti tərəfindən humanitar tibbi aksiya keçirilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Səhiyyə Nazirliyindən bildirilib.

Culfa Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiya zamanı rayon sakinləri endokrinoloji, USM, oftalmoloji, uroloji və digər sahələr üzrə müayinələrdən keçirilib, onlara həkim və laborator xidmətlər göstərilib.

Tibbi aksiya zamanı 128 rayon sakininə 421 müayinə icra olunub,  patologiyalar aşkarlanmış şəxslər dərindən müalicə və müayinələrinin aparılması məqsədilə müvafiq xəstəxanalara dəvət ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: