MDB dövlətlərində səhiyyə sisteminin tibb kadrları illə təmin edilməsi məsələləri müzakirə olunub

A- A A+

MDB dövlətlərində səhiyyə sisteminin tibb kadrları illə təmin edilməsinin və kadr potensialının inkişafının aktual məsələləri Birliyə üzv dövlətlərin İctimai sağlamlıq və səhiyyə informasiyası şəbəkəsinin iclasında müzakirə olunub.

MDB İcraiyyə Komitəsinin Humanitar əməkdaşlıq, ümumi siyasi və sosial problemlər departamentinin müşaviri Yelena Şamal iclas iştirakçılarına son yeddi ildə Birlik dövlətlərində müxtəlif ixtisaslar üzrə həkimlərin və orta tibb personalının təmin olunması üzrə statistik məlumatları təqdim edib. NUHÇIXAN İnformasiya Agentliyi MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, o, orta tibb personalı və klinik ixtisaslı həkimlərin sayının azalmasının, həkimlər və orta tibb personalı arasında nisbətin qeyri-kafi olmasının, şəhər və kənd yerlərində tibb personalının təmini səviyyəsində disproporsiyanın yaranmasının MDB dövlətlərinin hamısı üçün xarakterik olduğunu bildirib.

MDB dövlətlərində bu problemlərin həllinə nail olmaq məqsədilə məqsədyönlü şəkildə tibb kadrlarının hazırlanması, yenidən hazırlanması, ixtisasının artırılması və stajdan keçməsi üzrə kadr siyasəti aparılır. Birlik dövlətlərində kadr probleminin həlli istiqamətində həyata keçirilən tədbirlər öz tərkibi və yönümü etibarilə fərqlənir. Bununla bağlı kadrların hazırlanması və işlə təmin edilməsinin rasional planlaşdırılması, müasir təhsil texnologiyalarının tətbiqi və səmərəli həvəsləndirmə mexanizmlərinə, səhvlərin təhlili və görülən tədbirlərin effektivliyinə əsaslanan səhiyyədə kadr potensialının idarə edilməsi sisteminin inkişafı üzrə təcrübə mübadiləsi MDB dövlətləri üçün böyük maraq kəsb edir.

İclasın yekunlarına dair analitik hesabat hazırlamaq və onu MDB-nin Səhiyyədə Əməkdaşlıq Şurasının növbəti iclasının müzakirəsinə təqdim etmək təklif olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: