Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi Perinatal Mərkəzə çevrilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi Perinatal Mərkəzə çevrilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda deyilir:

"Muxtar respublikada səhiyyə sahəsində yeniliklər və inkişafa doğru yeni layihələr həyata keçirilir, ana və uşaq sağlamlığının qorunması istiqamətində mühüm işlər görülür. Belə layihələrdən biri də Naxçıvan Muxtar Respublikası Doğum Məkəzinin Perinatal Mərkəzə çevrilməsidir. Belə ki, yeni yaradılan Perinatal Mərkəz yeni xidmətlərlə - hamiləliyin patologiyası hallarında qadınlara ixtisaslaşdırılmış tibbi yardım göstərməklə yanaşı, hər hamilə qadın üçün fərdi olaraq doğuşa hazırlıq və doğuşun aparılması taktikasının hazırlanması, o cümlədən dünyaya yenicə göz açan körpələrə yüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən yeni tipli səhiyyə müəssisəsi kimi fəaliyyətini davam etdirəcək.

Ən müasir tibbi avadanlıq və cihazlarla təchiz olunan Perinatal Mərkəzdə hamiləliyin patologiyası, anesteziologiya və reanimasiya, yeni doğulmuşların intensiv terapiyası, konsultativ məsləhət və digər şöbələr fəaliyyət göstərir ki, burada da hamilə və zahı qadınlara tibbi yardım edilir, onların müayinəsi və sanitar-əks-epidemik rejim təşkil olunur. Bununla belə, yenidoğulmuşlara tibbi yardım və profilaktik peyvəndlər edilir.  

Nəticədə, Perinatal Mərkəzin yaradılması ilə ana olmağa hazırlaşan qadınlara və körpələrə tibbi yardımın keyfiyyəti daha da yaxşılaşdırılacaq, ana və uşaq sağlamlığının qorunması işi yeni səviyyəyə qaldırılacaqdır.

Muxtar respublikanın səhiyyə sahəsində görülən işlər və həyata keçirilən yeni layihələr ilk növbədə insanların sağlamlığının qorunması işinə xidmət edir".

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: