Babək rayonunda humanitar tibbi aksiya keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev İli” çərçivəsində humanitar tibbi aksiyalar davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti tibbi aksiya Babək rayonunda təşkil olunub. 

Humanitar tibbi aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının 12 nəfərlik tibbi heyəti Babək Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçiləri ilə birlikdə sakinləri müxtəlif müayinələrdən keçiriblər.

Ümumilikdə 82 xəstə üzərində 148 müayinə aparılıb. Səhhətində müəyyən problemlər aşkar olunan pasiyentlərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib və tibbi məsləhətlər verilib. Naxçıvan Muxtar Respublika Xəstəxanasına gələ bilməyən kənd sakinləri, həmçinin şəhid alilələri və qazilər də tibbi aksiyadan yararlanıblar. 

                                             

                                                                                           Məmməd Qurbanlı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: