NUHÇIXAN xəbər verir ki, Naxçıvan səhiyyəsində aparılan islahatların davamı olaraq, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxovun müvafiq əmri ilə Məmmədov Vüsal Ələkbər oğlu Naxçıvan Səhiyyə Nazirliyinin aparat rəhbəri təyin olunub.
Qeyd edək ki, Vüsal Məmmədov bundan öncə ardıcıl olaraq Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi PHŞ-nin İcbari tibbi sığorta işinin təşkili və qeydiyyatı şöbəsinin müdiri, "Naxçıvansığorta" ASC-nin İdarə Heyətinin üzvü, Naxçıvan Gənclər və İdman Nazirliyində nazir köməkçisi vəzifələrində çalışıb.