Peyvənddən yayınmış 383 uşaq peyvəndə cəlb olunub

A- A A+

Naxçıvan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikanın şəhər və rayonlarında aprel ayının 24-dən aparılan kütləvi profilaktik peyvəndlər zamanı peyvənddən yayınmış 383 uşaq peyvəndə cəlb olunub. Onlardan da 132-si 0-1 yaş, 127-si 1-2 yaş, 57-si 3-6 yaş, 67-si isə 6 yaşdan yuxarı uşaqlardır.

Naxçıvan Səhiyyə Nazirliyi bildirir ki, uşaqlarda immun sistem zəif olduğu üçün yoluxucu xəstəliklər zamanı orqanizm öz müdafiə sistemini qura bilmir və bu hal ağır nəticələr verə bilir. Bu məqsədlə uşaqların inkişaf aylarına uyğun olaraq profilaktik peyvəndlərin vurulması vacibdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: