Məlhəm Beynəlxalq Hospitalın Naxçıvanda 3 günlük tibbi aksiyası başa çatıb - VİDEO

A- A A+

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Bakı şəhərində fəaliyyət göstərən Məlhəm Beynəlxalq Hospitalın birgə təşkilatçılığı ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 3 günlük humanitar tibbi aksiya keçirilib.

NUHÇIXAN xəbər verir ki, “Sevgi ən böyük məlhəmdir!” şüarı altında keçirilən tibbi aksiyadan 800-ə yaxın sakin yararlanıb.

Humanitar tibbi aksiya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi və 28 May – Müstəqillik Günü münasibətilə təşkil edilib. 25-27 may tarixlərində keçirilən aksiya çərçivəsində hospitalın 10 yüksəkixtisaslı həkimi muxtar respublika əhalisinə ödənişsiz tibbi xidmət göstərib.

Qeyd edək ki, hospital tərəfindən bu ilin sonuna kimi muxtar respublikanın rayonlarında da ödənişsiz tibbi aksiyalar keçiriləcək.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: