“Liv Bona Dea Hospital” Naxçıvanda tibbi aksiya keçirir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və “Liv Bona Dea Hospital”ın birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilən aksiyada hospitalın yüksəkixtisaslı həkimləri balaca fidanlara ödənişsiz tibbi xidmət göstərir, tibbin müxtəlif istiqamətləri üzrə müayinə və müalicələrini həyata keçirirlər.
Tibbi aksiyada hospitalın uşaq ürək-damar cərrahı, uşaq kardioloqu, pediatr-neonatoloq, uşaq-endokrinoloqu və pediatrlardan ibarət 5 yüksəkixtisaslı həkim heyəti iştirak edir. Aksiya sabah da davam edəcək.
Tibbi aksiyanın qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulub.
Hafizə Əliyeva