NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxovun müvafiq əmri əsasında Əsgərova Leyla Dilsuz qızı Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi vəzifəsindən azad edilib.
Samiq Sadıxovun digər əmrilə Əliyeva Pəri Etibar qızı Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Pəri Əliyeva bu təyinata qədər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili - təxirəsalınmaz və planlı konsultativ yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.