NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmri ilə Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzə direktor müavini - baş həkim təyin olunub.
Qeyd edək ki, 1969-cu ildə Naxçıvanda doğulan K.Məmmədova Naxçıvan şəhər 5 nömrəli məktəbdə təhsil alıb. Rusiyanın İrkutsk Dövlət Tibb Universitetini bitirib. O, Türkiyə, İsrail və Rusiya universitet və xəstəxanalarında çalışıb, doğum və cərrahiyyə üzrə ixtisasartırma kursları keçib.