Naxçıvanda Perinatal Mərkəzin Müalicə işləri üzrə müavini Nəzakət Quliyeva tutduğu vəzifədən azad edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərmək və səhiyyənin inkişafı istiqamətində davamlı islahatlar aparılır. Bu islahatlar içərisində qanun pozuntusuna yol vermiş tibb işçiləri haqqında qanunauyğun olaraq tədbirlər də öz əksini tapıb.

NUHÇIXAN xəbər verir ki, növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi publik hüquqi şəxsin işçiləri haqqında olub. Belə ki, vəzifə təlimatı qaydalarını pozaraq, vəzifələrinin icrasına laqeydlik göstərdiyinə görə Perinatal Mərkəzin Müalicə işləri üzrə müavini Nəzakət Quliyeva tutduğu vəzifədən azad edilərək Mərkəzin həkimləri sırasından çıxarılıb. Həmçinin 3 şöbə müdiri tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilib, 1 mama-ginekoloqa isə töhmət intizam cəzası verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: