NDU tələbələri Türkiyənin qabaqcıl universitetlərində təcrübə keçir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti tələbələrinin Türkiyənin qabaqcıl ali təhsil müəssisələrində təcrübə prosesi davam edir.

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin bir sıra ali məktəbləri arasında bağlanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq "Tibb" fakültəsinin 107 nəfərlik həkim, müəllim və tələbə heyəti qardaş ölkədə təcrübə məşğələlərinə başlayıb.

Tələbə və rezidentlər Türkiyənin Ankara Universiteti, Qazi Universiteti, İstanbul Yeditəpə Universiteti, Trabzon Qaradəniz Texniki Universitetinin klinikalarında təcrübələrə qatılıblar. Təcrübə heyəti Tibb, Stomatologiya, Əczaçılıq, Psixologiya, Müalicə işi, İctimai səhiyyə, Hərbi tibb, Tibbi profilaktika ixtisasları üzrə təcrübələrdə, müxtəlif əməliyyatlarda, analizlərin aparılmasında, xəstə müayinələrində izləyici, aktiv iştirakçı və assistant kimi iştirak edir, seminar və assistentlərin toplantısına qatılırlar. Təcrübələrdə tələbələr Təcili tibbi yardım, Daxili xəstəliklər, Qadın doğum, Ümumi cərrahiyyə, Robotik cərrahiyyə, Neyrocərrahiyyə, Ağız və üz-çənə cərrahiyyəsi, Əczaçılıq laboratoriyası texnologiyaları və bir çox digər sahələri peşəkar mütəxəssislərdən mənimsəyirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: