Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti yaradılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin əsasında Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti yaradılıb. İctimai Səhiyyə Xidmətində xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasını öyrənmək, profilaktik tədbirlər vasitəsilə insanların sağlamlığının qorunması, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsi, tibb müəssisələri üçün standartların hazırlanması həmçinin pasiyentlərin təhlükəsizliyi üzrə sosial gigiyenanın əhəmiyyətinin insanlara düzgün çatdırılması məqsədilə müxtəlif istiqamətlərdə xidmətlər göstəriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: