Naxçıvanda “Treninq və Simulyasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılıb

A- A A+

Naxçıvan Muxtar Respublikasında “Treninq və Simulyasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.

NUHÇIXAN xəbər verir ki, qurumun yaradılmasında məqsəd tibbi maarifləndirmə istiqamətində həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanaraq beynəlxalq standartlara uyğun olan təlim proqramlarından istifadə etməklə tibb işçilərinin sürətli təcrübə mübadilələrinə cəlb edilməsidir.

Mərkəzdə bütün ixtisaslar üzrə tibb mütəxəssislərinin hazırlanması, orta və kiçik tibb personalının ixtisas bacarıqlarına yiyələnməsi, fərdi praktik vərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, eyni zamanda, yeni bacarıqların əldə edilməsi, mərkəzin endoskopiya, USM, ginekologiya, reanimasiya, xəstəyə qulluq və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində manipulyasiyaların aparılması tətbiq ediləcək.

Bu da muxtar respublikada tələbələrin, rezidentlər və həkimlərin praktik bacarıqlarının artırılması və simulyasiya təlimindən istifadə edərək müxtəlif tibb peşələri üzrə mütəxəssislərin formalaşmasına şərait yaradacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: