Naxçıvanda Hemodializ və Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya mərkəzləri yaradılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi publik hüquqi şəxsi və Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzi publik hüquqi şəxsi yaradılıb.

NUHÇIXAN xəbər verir ki, Hemodializ Mərkəzinin yaradılmasında məqsəd muxtar respublikada dializdən asılı olan, böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlarımızın keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaradılmasıdır.

Eləcə də bu qurum hemodializ xidmətinin yenidən təşkil edilməsi, adekvat səviyyəli personalla komplektləşdirilməsi, dializ parametrlərinin düzgün təyin olunması, idarəetmənin təkmilləşdirilməsi, lazımi maddi-texniki bazanın yaradılması məqsədilə yaradılıb.

Bundan əlavə, Tibbi Xidmətin Keyfiyyətinə Nəzarət və Akkreditasiya Mərkəzinin yaradılmasında məqsəd muxtar respublikada tibbi yardımın keyfiyyət göstəricilərini və bu göstəricilərin qiymətləndirilməsi metodlarını təkmilləşdirmək, işin səmərəliliyini təhlil etmək və peşəkar kadrlar formalaşdırmaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: