Naxçıvanda Təcili Tibb Mərkəzi tikiləcək - FOTOLAR
Naxçıvan şəhərində Təcili Tibb Mərkəzinin tikilməsi planlaşdırılıb.
Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. Təsdiq edilmiş layihəyə əsasən, Mərkəzi Xəstəxananın yaxınlığında tikiləcək mərkəzin inşasında 400-450 nəfər muxtar respublika sakini işləyəcək. 2024-cü ilin yanvar ayında başlayan inşaat işləri 2025-ci ilin ortasında başa çatdırılacaq.