Naxçıvan Həkimlər Assosiasiyası İctimai Birliyi təsis edilib - FOTOLAR

A- A A+

Naxçıvanda Həkimlər Assosiasiyası İctimai Birliyi yaradılıb. Bu gün birliyin təsis yığıncağı keçirilib.

NUHÇIXAN xəbər verir ki, yığıncaqda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov qeyd edib ki, Naxçıvan Muxtar  Respublikasının səhiyyə sistemində son aylarda həyata keçirilən əsaslı islahatlar tibbi xidmətin müasir yanaşma ilə qurulmasına, tibbin bütün istiqamətlərində keyfiyyətin artırılmasına yönəlib. Samiq Sadıxov bildirib ki, yeni yaradılan Naxçıvan Həkimlər Assosiasiyası İctimai Birliyi də bu istiqamətdə atılan addımlardan biridir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi Xidmətin Təşkili şöbəsinin müdiri Süleyman Cəfərov Naxçıvan Həkimlər Assosiasiyası İctimai Birliyini muxtar respublikada səhiyyə sahəsində kadr hazırlığının inkişafı, ixtisaslı mütəxəssislərin yetişdirilməsi və dünya səhiyyəsi ilə əməkdaşlıq baxımından önəmli addım kimi dəyərləndirib.

Çıxışların ardınca Naxçıvan Həkimlər Assosiasiyası İctimai Birliyinin idarə heyəti seçilib. Səsverməyə əsasən Diaqnostika Müalicə Mərkəzinin cərrahiyyə şöbəsinin müdiri İsa Abdullayev Assosiasiyanın sədri, Tibb üzrə fəlsəfə doktoru  İlhamə Mustafayeva sədr müavini və həkim-kardioloq Nail Mehbalıyev katib seçilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: