Türkiyənin yüksəkixtisaslı həkimləri Naxçıvanda ödənişsiz tibbi aksiya keçiriblər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Türkiyənin “Medikal Park” Xəstəxanalar Qrupunun yüksəkixtisaslı həkimləri Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ödənişsiz tibbi aksiya keçirib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə Naxçıvana gələn Türkiyənin “Medikal Park” Xəstəxanalar Qrupunun yüksəkixtisaslı həkimləri əvvəlcə səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Samiq Sadıxovla  görüşüblər.

Türkiyəli həkimlər qardaş ölkənin Naxçıvan Muxtar Respublikasında olduqlarından məmnunluqlarını bildirib və əlaqələri daha da genişləndirəcəklərini, Naxçıvan sakinlərinin sağlamlıqlarına daha yaxından xidmət edəcəklərini bildiriblər.

Sonra türkiyəli həkimlər müxtəlif istiqamətlər üzrə müayinə və  müalicəyə başlayıblar.

Aksiyada uşaq neonatoloqu, orqan nəqli cərrahı, uroloq, neyrocərrah, travmatoloq, ortoped və uşaq ortopedik cərrahından ibarət 6 yüksəkixtisaslı həkim heyəti iştirak edib. Gün ərzində müayinə üçün 300 nəfərə yaxın sakin qeydiyyata alınıb.

Qeyd edək ki, tibbi aksiyanın qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulur.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: