Naxçıvanda uşaqların kütləvi dispanserizasiyasına başlanılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın orta məktəb və məktəbəqədər uşaq müəssisələrində “İnsan Hüquqları Aylığı” çərçivəsində uşaqların kütləvi dispanserizasiyasına başlanılıb.
8 müxtəlif ixtisaslı həkim briqadasının apardığı müayinə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbində aparılıb. Həmçinin bu gündən məktəblərdə profilaktiki flüoqrafiya müayinələrinə də başlanılıb.
Qeyd edək ki, bu humanist tədbir bir ay davam edəcək. Və bu qayğıdan Naxçıvan şəhərində yerləşən 21 məktəbdə təhsil alan 15 mindən çox şagird yararlanacaq.