Ordubad şəhər internat tam orta məktəbində humanitar tibbi aksiya keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika xəstəxanasının 18 nəfərdən ibarət həkim briqadası 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Məhəmməd Füzuli adına Ordubad internat tam orta məktəbində humanitar tibbi aksiya təşkil ediblər.Aksiyada peşəkar həkim heyəti uşaqları müayinə edib, onlara ambulator müalicə-profilaktik xidmətlər göstərilib. Xəstəlik aşkar olunan uşaqlara müalicələr yazılıb.

Tədbir zamanı çıxış edənlər uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar. Humanitar tibbi aksiya çərçivəsində məktəb yataqxanasında yaşayan 52 şagird şəxsi təmizlik və gündəlik gigiyenik istehlak məhsulları ilə təmin edilib. Ümumilikdə 52 şagirdə isti qış geyimləri və ayaqqabılar, eləcə də digər hədiyyələr verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: