Naxçıvan səhiyyəsində "100 il yaşa" adlı tibbi aksiyaya start verilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaradılmasının 100-cü ildönümündə keyfiyyətli tibbi xidmətə əlçatanlığın təmin olunması və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə muxtar respublika ərazisində “100 il yaşa” adlı kütləvi-profilaktik tibbi aksiyaya start verilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu məqsədlə hər biri 8 nəfərdən (terapevt, kardioloq, nevroloq, ginekoloq, pediatr, laborant, tibb bacısı və qrup rəhbəri) ibarət 23 həkim qrupu tərəfindən yanvar ayının 15-dən başlayaraq 15 gün müddətində muxtar respublikanın bütün bölgələrində vətəndaşların ümumi qan analizləri, USM və EKQ müayinələri də daxil olmaqla, kütləvi müayinələr aparılacaq. Müayinələrlə yanaşı, qrup rəhbərləri tərəfindən vətəndaş müraciətləri qeydə alınacaq. Aksiyaya 184 səhiyyə işçisi və 16 ambulans cəlb olunub.

Aksiyada kütləviliyi təmin etmək məqsədilə rayonlarda kənd icra nümayəndələri ilə əməkdaşlıq edilir. Aksiya müddətində nazirliyin sosial media hesablarında qrupların gündəlik lokasiyası haqqında anons və günün sonunda statistik hesabat yayımlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: