Hər siqaret ömürdən 15 dəqiqə aparır

A- A A+

Ölkəmizdə tütün istifadəçilərinin sayı az deyil. Bəzən obrazlı şəkildə deyirlər ki, bir güllə bir siqaretə bərabərdir, çünki hər ikisində nəticə eynidir, hər ikisi öldürür. Tərkibində 4 mindən çox, o cümlədən təyyarə benzinində istifadə olunan maddələrdən tutmuş həşəratların öldürülməsi üçün nəzərdə tutulmuş dərmanlara qədər ziyanlı maddə var. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, il ərzində 8 milyon nəfər tütün məmulatlarından istifadə nəticəsində ağır xəstəliklər taparaq həyata əlvida deyir.

NUHÇIXAN xəbər verir ki, həkim-terapevt Coşqun Məmmədli deyib: “On il gündə iki qutu siqaret çəkilməsi 20 il gündə bir qutu siqaret çəkilməsi deməkdir. Tütünün tüstüsü ömürlük öskürək əmələ gətirir. Siqaretin əmələ gətirdiyi öskürək isə heç vaxt keçmir. Siqaretin ən çox səbəb olduğu xəstəlik ağciyər xərçəngidir”.

Psixoloqların dediyinə görə isə siqaret əslində beynin yaratdığı asılılıqdır. Psixoloq Aida Sübhan bildirib: “Ağızda elə hüceyrələr var ki, onlar sorulma prosesi nəticəsində beyinə həzz alma ötürür. Sorulma effekti verdiyinə görə beyinə sakitləşdirici təsir göstərir, əslində sakitləşmə effekti oradan gəlir. Ona görə də siqareti tərgitmək istəyənlərə daha çox sorulma konfetlər məsləhət görürük”.

Tütünün onun istifadə edənə vurduğu bir dərd, məcburi şəkildə tüstüsünə məruz qalanlara mənfi təsiri isə bir başqadır. Tütün məlumatlarının üzərində yazılan “Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur” sözlərinə əməl edənlər çox az saydadır. Unutmayaq ki, hər siqaret ömürdən 15 dəqiqə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: