Bu il Azərbaycan hərbçiləri Qazaxıstanda iki beynəlxalq hərbi təlimdə iştirak edəcəklər

A- A A+

Bu il Azərbaycan hərbçiləri Qazaxıstanda iki beynəlxalq hərbi təlimdə iştirak edəcəklər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Kazinform” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.

Bildirilib ki, “Birləşdik-2024” hərbi təlimlərində Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan iştirak edəcək.

Həmçinin il ərzində Xəzər dənizi ölkələrinin – Qazaxıstan, Azərbaycan, İran, Rusiya hərbçilərinin birgə təlimlərinin keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, Türkiyə və Qazaxıstan “Kaplan yolu- 2024” hərbi təlimlərində iştirak edəcəklər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin “Əbədi qardaşlıq” adlı hərbi təlimlərinin isə bu ilin yazında təşkil olunması gözlənilir.

Eyni zamanda Qazaxıstanın Özbəkistan, Qırğızıstan, Tacikistan və Belarusla ikitərəfli birgə təlimləri nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: