Sabah Azərbaycan və Ermənistan sərhəd Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır

A- A A+

Sabah Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın aparatından bildirilib.

Sayca 6-cı iclasda komissiyanın əsasnaməsi də müzakirə olunacaq.

Bundan əvvəl qeyd olunub ki, iclasda üçüncü tərəfin iştirakı planlaşdırılmır.

Qeyd edək ki, komissiyaya Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə M.Qriqoryan sədrlik edir.

Komissiyanın beşinci iclası ötən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində keçirilib

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: