Türkiyə MSK-nın sədri: "Prezident seçkilərinə seçicilərin çox böyük marağı var"

A- A A+

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərinə seçicilərin çox böyük marağı var və seçkilər şəffaf şəkildə keçirilir.

NUHÇIXAN xəbər verir ki, bunu seçkiləri müşahidə etmək üçün Azərbaycanda olan Türkiyə Yüksək Seçim Kurulunun (YSK) sədri Ahmet Yener deyib.

“Səhər sırada gözləyən seçiciləri görəndə əmin olduq ki, vətəndaşlar səsverməyə çox maraqlıdır və onların səsverməsi üçün lazımi şərait yaradılıb. Məntəqə üzvləri çox peşəkar davranır. Getdiyimiz məntəqələrdə mətbuat nümayəndələrini, müşahidəçiləri gördük. Qadın seçicilərin marağı daha çoxdur və bu, bizi sevindirir", - YSK sədri bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: