Naxçıvanda növbədənkənar prezident seçkiləri başa çatıb

A- A A+

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikasındakı dairə və seçki məntəqələrində səsvermələr atıq başa çatıb.

NUHÇIXAN xəbər verir ki, səhər saat 8:00-da başlayan səsvermə saat 19:00-da yekunlaşıb. Bülletenlər sayılıb protokollaşdırıldıqdan sonra aidiyyəti seçki dairələrinə göndəriləcək. 

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: