Növbədənkənar Azərbaycan Prezidenti seçkilərində Naxçıvan Muxtar Respublikası üzrə seçici fəallığı açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, saat 19:00-a olan məlumata görə, muxtar respublika üzrə seçici fəallığı 82.09 faiz olub.
Naxçıvanda ümumillikdə 234408 nəfər səs verib.
Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə saat 19:00 - a olan seçici fəallığı barədə məlumatı təqdim edir:
1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə: 39572 nəfər, 82.76%
2 saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə: 39482 nəfər, 82.21%
3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə: 39217 nəfər, 82.36%
4 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə: 38800 nəfər, 82.05%
5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi üzrə: 39417 nəfər, 82.04%
6 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə: 37920 nəfər, 81.14%