Pakistan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

A- A A+

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə o, "X" səhifəsində yazıb.

"İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərindəki qəti qələbə münasibəti ilə təbrik edirəm", - Pakistan Prezidenti vurğulayıb.

A.Alvi iki ölkə arasındakı davamlı dostluq və əməkdaşlığı daha da gücləndirməyi səbirsizliklə gözlədiklərini də vurğulayıb:

"Sizin liderliyiniz tərəqqi və sabitliyə ilham verməkdə davam edir. Pakistan davamlı dostluğumuzu və əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyir. Uğurlarınızın davamlı olmasını arzu edirik!".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: