Naxçıvanda Zəfər coşqusu - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, ötən gün ölkəmizdə prezident seçkiləri keçirilib, xalqımız bu mötəbər kampaniyaya yüksək fəallıqla qoşulub. Səsvermə prosesi başa çatdıqdan sonra seçkilərinin ilkin nəticələri elan olunan andan xalqımız əsl bayram ab- havasına köklənib. Ölkəmizin hər yerində, o cümlədən Naxçıvanda Prezident İlham Əliyevə dəstək yürüşləri təşkil olunub, küçə və prospektlərdə üçrəngli bayraqlarımız və qələbə şüarları ilə avtomobillər dövrə vurublar. 

Naxçıvan sakinləri ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini yüksək əhvali-ruhiyyə ilə qarşılayıb. Səslər hesablandıqdan və "exit-poll" nəticələri elan edildikdən dərhal sonra şəhər sakinləri küçələrə axışıb, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin yenidən Prezident seçilməsini musiqi sədaları altında üçrəngli dövlət bayrağımız və səsləndirdikləri şüarlarla böyük sevgi, coşqu ilə qeyd edib, rəqs ediblər. 

Şəhid ailələri, qazilər Zəfər seçkilərinin nəticələrini ictimaiyyət nümayəndələri ilə birgə qeyd edib, xalqımızın qələbə əzmini qürur və fəxarət hissləri ilə qarşılayıblar. 

Qardaş Türkiyə də ilk anlardan xalqımızın bu qələbəsinə şərik çıxıb. Naxçıvanda yaşayan qardaş ölkənin vətəndaşları gecə saatlarında bizimlə həmrəy olub, “bir millət, iki dövlət” şüarları ilə dəstək ifadə ediblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: