Azərbaycan hərbçiləri Türkiyənin KBRN Müdafiə və Təhlükəsizlik Briqada Komandanlığında olub - FOTOLAR
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) Müdafiə və Təhlükəsizlik Briqada Komandanlığında olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, KBRN Müdafiə və Təhlükəsizlik Briqada Komandanlığının imkan və bacarıqları Azərbaycan nümayəndə heyətinə nümayiş etdirilib.