Naxçıvanlılar muxtariyyəti necə qoruyub saxladılar? - VİDEO
XX əsrin əvvəllərində çətin və mürəkkəb hadisələrlə qarşılaşan Naxçıvan Zəngəzurun itirilməsi ilə Azərbaycandan ayrı düşdü. Erməni millətçiləri Naxçıvanı ələ keçirmək üçün hər cür vasitələrə əl atırdılar. Lakin naxçıvanlılar bölgənin işğal edilməsinə yol vermədi, onu qoruyub saxladı. Belə desək, Naxçıvana muxtariyyət verilməyib. Naxçıvanlılar bu muxtariyyəti qazanıblar.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: