Moldova Prezidenti İlham Əliyevə zəng edib

A- A A+

Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Maya Sandu İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələr arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: