Ermənistanın Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən və Azərbaycan Ordusu tərəfindən məhv edilən 5 erməni hərbçinin adlarını açıqlayıb.
NUHÇIXAN bu barədə erməni KİV-ə istinadən xəbər verir.
Beləliklə, Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilərinin adları aşağıdakı kimidir:
Eduard Arutyunyan (1974-cü il təvəllüdlü)
Qaqik Manukyan (1982-ci il təvəllüdlü)
Arsen Ambardzumyan (1979-cu il təvəllüdlü)
Qraçya Ovannisyan (1957-ci il təvəllüdlü)
Qor Asatryan (1984-cü il təvəllüdlü)