KTMT Ermənistan-Azərbaycan sərhədində münaqişə potensialını yüksək hesab edir.
NUHÇIXAN xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan normallaşması üçün sülh müqaviləsi lazımdır.
Baş Qərargah rəisi qeyd edib ki, Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı və İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır.